“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, inzibati-texniki personalın, eləcə də digər əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsini, peşə maraqlarının təmin olunmasını və onların əmək fəaliyyətində səmərəliliyin artırılmasını özünün strateji vəzifəsi kimi müəyyənləşdirir.


Komitənin çoxşaxəli fəaliyyəti, hər şeydən öncə, əmək münasibətlərinin düzgün və səmərəli tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, eyni zamanda universitet mühitində mədəni-maarifləndirici, ictimai və intellektual yönümlü tədbirlərin təşkili istiqamətlərini əhatə edir.


Struktur baxımından Həmkarlar İttifaqı Komitəsi, universitetin fakültə və şöbələri daxilində qarşılıqlı əməkdaşlıq müstəvisində fəaliyyət göstərir. Bu əməkdaşlıq, üzvlərin sosial rifahının qorunmasına, hüquq və mənafelərinin müdafiəsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi və onların icrasının təmin olunması ilə müşayiət olunur.


Komitənin fəaliyyət spektrində, həmçinin, üzvlərin istirahət imkanlarının səmərəli təşkili, sanatoriya-kurort yollayışlarının təmin edilməsi, həssas sosial qruplara dəstək göstərilməsi, gənc mütəxəssislərlə işin təşkilati və maarifləndirici aspektlərinin gücləndirilməsi mühüm yer tutur.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi, daimi ünsiyyət, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyət göstərərək, universitet kollektivi üçün peşəkar və mənəvi dəstək platforması funksiyasını icra edir. Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi 2500-ə yaxın ittifaq üzvünü özündə birləşdirir.

Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin əsas fəaliyyət istiqamətləri: